Rusiya “Günəş təndiri”ndən istifadə edir: silah nəyə qadirdir?
Rusiya-Ukrayna müharibəsində ən müasir kütləvi qırğın silahlarından istifadə artıq danılmaz faktdır. Rusiya ordusunun istifadə etdiyi termobarik mərmili reaktiv yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və yüngül texnikasnı yandırıb külə döndərir.
Demedia.az xarici informasiya mənbələrinə istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan, ən ağır qeyri-nüvə silahı sayılan bu reaktiv qurğunun 24 mərmisi düşməni 4 kvadrat kilometr ərazidə tamamilə “təmizləməyə” qadirdir.
Düşdüyü ərazidə normadan artıq təzyiq və 3000 dərəcəyədək yüksək hərarət yaradan bu yaylım atəşinə “Günəş təndiri” də deyilir. Bu kütləvi qırğın silahı Suriyada və İraqda terrorçularla mübarizədə öz effektivliyini dəfələrlə sübut edib.