Avropada üsyan: "Putin bizə gülür" - Sanksiyaların əziyyətini Rusiya deyil Avropa çəkir



 21:15 01.06.2022     1170

“Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fayda vermir, rus rublu güclənir Putin isə gülümsəyir”.

Demedia.az xəbər verir ki, Xorvatiya Prezidenti Zoran Milanoviç belə açıqlama verib. O bildirib ki, Avropa Birliyi ölkələrinin vətəndaşları fayda verməyən sanksiyalara görə qiymət artımı ilə qarşılaşıb:

“Sankiyaların faydası yoxdur. Rusiya onları hiss etmir. Rubl çökmədi. Nəticədə Avropa Birliyi vətəndaşları qiymət artımı ilə qarşılaşıb. Putin məmuniyyətlə gülümsəyir. Tələbat çox olduğu üçün Moskva nefti və təbii qazı başqa yerlərə satacaq”.