Ukraynada müharibə bu cür bitəcək
Ukraynada müharibə mütləq danışıqlar masası arxasında bitəcək.
Demedia.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Müharibələr gözlənilməzdir, lakin biz indi nə baş verdiyini proqnozlaşdıra bildik. Bütün müharibələr danışıqlar masası arxasında nə vaxtsa başa çatır. Bu müharibə də danışıqlar masası arxasında bitəcək”, - Stoltenberq bildirib.
Eyni zamanda qeyd edib ki, bu, tamamilə döyüş meydanındakı vəziyyətdən asılıdır.