Rus ordusuna AĞIR ZƏRBƏ: 13 hücumun QARŞISI ALINDI



 11:02 02.06.2022     566

“Rusiya işğalçıları məktəb, xəstəxana və uşaq bağçalarında Ukrayna hərbi hissələrinin yerləşdirildiyini bəhanə gətirərək mülki obyektləri bombalayırlar”.

Demedia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya müvəqqəti işğal etdiyi ərazilərdəki mülki xəstəxanalara yaralı hərbçilərini yerləşdirir.

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka ərzində Donetsk və Luqansk vilayələtləri istiqamətində Rusiya qoşunlarının 13 hücumunun qarşısı alıb, 2 tank, 6 artilleriya sistemi, 8 zirehli döyüş maşınını məhv edib.

Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri rəqibin “Orlan-10” tipli 7 PUA-sını sıradan çıxarıb.