Ukrayna ABŞ silahı ilə Krımı vursa, nə olacaq?
Növbəti bombardmandan sonra Kiyevin Rusiya ərazisinə cavab zərbələri endirməkdən çəkinib-çəkinməyəcəyi bəlli olacaq. Ukraynaya yeni raket sistemlərinin verilməsi özündə gizli risk daşıyır. Bunlardan biri Rusiya ordusunun Ukraynanı bütün cəbhə xətti boyu kütləvi atəşə məruz qoyması ola bilər.
Demedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetində yayılan məqalədə bildirilib.
Analizdə bildirilib ki, Ağ Ev onun göndərdiyi silahlarla Rusiya ərazisinə zərbə endirilməyəcəyini deyir:
“Bunu Zelenski də təkrarladı. Amma Ukraynanın bəzi ərazilərini Moskva özününkü (Krımı, Donbası) hesab edir. Əgər Ukrayna yeni silahlarla adı çəkilən ərazilərin dərinliyinə zərbə endirməyə başlasa, nə baş verəcək?”//Axar.az