Hulusi Akar AÇIQLADI: F-16 döyüş təyyarələrinin alınması...
Türkiyə F-16 döyüş təyyarələrinin alınması ilə bağlı ABŞ-la müsbət danışıqlar aparır.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Həm Türkiyəyə gələn ABŞ nümayəndə heyəti ilə görüşlər, həm də Türkiyə nümayəndə heyətinin ABŞ-da Konqres üzvləri ilə təmasları müsbət nəticələr verib və danışıqların davam etdirilməsi üçün müsbət zəmin yaranıb”, - o bildirib.
Akar həmçinin qeyd edib ki, NATO-nun güclü olması üçün üzvlərinin güclü olması vacibdir:
“İnanıram ki, ABŞ administrasiyası bu məsələni diqqətdən kənarda qoymayacaq”.
Qeyd edək ki, Türkiyə öz donanması üçün 40 Blok 70 Viper F-16 döyüş təyyarəsi və 80-ə qədər təkmilləşdirmə dəsti almaq üçün Birləşmiş Ştatlara müraciət edib.//Axar.az