Bu ölkədə hərbi çevriliş baş verdi
Myanmada dövlət çevrilişi baş tutub.
Nexeber.az xəbər verir ki, dövlət çevrilişini həyata keçirən hərbçilər vitse-prezident Mint Şveni ölkənin müvəqqəti prezidenti elan ediblər. Dövlət hakimiyyəti isə tam olaraq ordunun baş komandanı general Min Aunq Xlaynın nəzarətinə keçib.
Şvenin hakimiyyətə nəzarəti tam olaraq Xlayna ötürməsilə bağlı deklarasiyası ölkədə fəaliyyət göstərən yeganə televiziya olan “Myavadi” vastiəsilə elan edilib. Çevrilişdən dərhal sonra hərbçilər ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.
Artıq Myanmada ölkənin rəhbər şəxslərinin həbsinə start verilib. Həbslərin seçkilərdə maxinasiyaya yol verildiyi üçün həyata keçirildiyi bildirilib. Ordu tərəfindən həbs edilənlər arasında dövlət müşaviri Aun San Su Çji kimi şəxslər, eləcə də regiondakı bütün partiyaların liderləri yer alıb.
***
Myanma Banklar Assosiasiyası siyasi vəziyyət fonunda ölkə banklarının müvəqqəti olaraq bağlandığını elan edib.