Rus ordusu bu istiqamətdə heyətinin 50 faizini itirdi



 10:46 03.06.2022     160

Rusiya ordusunun əlahiddə bölmələri Popasnaya istiqamətində şəxsi heyətinin təxminən 50 faizini itiriblər. 

Demedia.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

“Popasnaya istiqamətində 8-ci birləşmiş ordunun 150-ci motoatıcı diviziyasının əlahiddə bölmələri böyük itkilər verib, şəxsi heyətin, silahların və texnikanın ən azı 50%-i məhv edilib”, - məlumatda qeyd olunub.