İki ölkə hərbi donanması razılaşdı: müqavilə imzalandı



 23:57 01.02.2021     196

Hindistan və Sinqapurun hərbi donanması arasında qarşılıqlı təcili yardım göstərən sualtı xilasetmə müqaviləsi imzalanıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, müqavilə barədə danışan Sinqapur müdafiə naziri Enq Hen hər iki ölkə donanmasının dənizdə bir-birinə istənilən anda yardım göstərə biləcəyini bildirib.

Nazir hər iki ölkənin birgə bu istiqamətdə hərbi təlim keçəcəyini vurğulayıb.