Banqladeşdə DƏHŞƏTLİ YANĞIN: 49 nəfər öldü
Banqladeşin Çittaqonq limanındakı dəniz konteyner anbarında iyunun 4-də baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.
Demedia.az xəbər verir ki, bu barədə NDTV telekanalı hakimiyyət orqanlarının rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, ölənlərin sayı arta bilər. Səlahiyyətli şəxslər insident zamanı daha 300 nəfərin yaralandığını bildiriblər.
Daha əvvəl ölkənin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar yanğın nəticəsində 25 nəfərin öldüyünü, 450-dən çox insanın yaralandığını bildirmişdi.