“Qərb bizim dediyimizi edəcək”: Ərdoğanın dünyanın nizamını dəyişəcək ideyası reallaşır
“Dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”
Demedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib.O bildirib ki, Qərbin öz təhlükəsizliyi üçün yaratdığı sistem çökmək üzrədir. Ərdoğanın sözlərinə görə, Qərb Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıb.
“BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır, onlar bizim danışdıqlarımıza gələcəklər” - deyə Ərdoğan bildirib.