Akar Reznikovla limanları müzakirə etdi
Türkiyə milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Ukrayna limanlarında gözləyən ticarət gəmiləri və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi diqqət mərkəzində olub.