Ukraynadan taxılın ixracı ilə bağlı plan var - Çavuşoğlu



 17:28 08.06.2022     1140

“BMT-nin Ukrayna limanlarından taxılın ixracı ilə bağlı planı var. BMT-nin Rusiya, Ukrayna və Türkiyə arasında qurmaq istədiyi mexanizmə müsbət yanaşırıq”.

Demedia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada baş tutan görüşün yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, Lavrovla görüş zamanı regional məsələlər ətraflı şəkildə müzakirə edilib. Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Ukrayna müharibəsi barədə mövqeyi dəyişməyib.

“İstanbuldakı görüş zamanı əhəmiyyətli nəticələr əldə edilmişdi. Sonra baş verən hadisələr bu nəticəni ikinci plana atdı. Halbuki, sülhün təməli atıla bilərdi” - Çavuşoğlu qeyd edib.