"Hər an baş verə bilər" - Xəbərdarlıq edildi



 18:12 08.06.2022     198

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim Pxenyanın hər an nüvə testi həyata keçirə biləcəyini bildirib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Pxenyan 5 ildir nüvə testi həyata keçirmir və bunun üçün bir neçə müddətdir hazırlıq işləri aparır. O bildirib ki, Şimali Koreya bu il çox sayda ballistik raket sınaqdan keçirib.

Qeyd edək ki, ABŞ nüvə testi həyata keçirəcəyi təqdirdə Şimali Koreyaya güclü cavab veriləcəyini açıqlamışdı.