"Putin Ərdoğanla razılaşmaq məcburiyyətində qaldı" - Türkiyə ordusu hərəkətə keçir
“Türkiyə Suriyada keçirəcəyi antiterror əməliyyatlarını Rusiya ilə razılaşdırıb”.
Demedia.az xəbər verir ki, Türkiyənin təcrübəli eksperti, keçmiş hərbçi Abdullah Ağar belə açıqlama verib. O bildirib ki, Prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın həmləsindən narahat olsa da, Ankaraya qarşı çıxmağın mənasız olduğunu anlayır. Ekspertin sözlərinə görə, hazırda Suriyada problemlər dalana dirənib və çıxış yolu yoxdur. O hesab edir ki, Türkiyənin həmləsindən sonra Suriyada problemlərin həlli üçün imkanlar yarana bilər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələri ilə bağlı işlərin tamamlanması üçün hərbi əməliyyatlara başlayacaqlarını açıqlamışdı.