Rus radiosunda Ukrayna himni səsləndirildi



 21:25 08.06.2022     582

“Kommersant FM” radiosuna haker hücumu baş verib.

Demedia.az xəbər verir ki, radioda Ukraynanın dövlət himni səsləndirilib.

“Kommersant FM”in baş redaktoru öz əməkdaşlarının radiostansiyanın haker hücumunda iştirakını istisna edib.

Aleksey Vorobyov Gazeta.Ru-ya radiostansiyanın işində ciddi problemlər yaşadığını təsdiqləyib.

“Mən yalnız təsdiq edə bilərəm. İndi biz bununla məşğul oluruq, texniki mütəxəssislər işləyir. Ümid edirik ki, tezliklə hər şey bərpa olunacaq. Texniki suallara cavab vermək mənim üçün çətindir. Texniklər bunu araşdırır”, – deyə Vorobyov bildirib.