Ərdoğan: "Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya üzv olmasını dəstəkləmir"



 22:57 08.06.2022     694

Rəsmi Ankara hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razılaşa bilmir.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

"İsveç televiziyası terror qruplaşmalarının liderləri ilə müsahibə yayıb. Bundan sonra biz "NATO-ya xoş gəlmisiniz" deyə bilmərik. Eyni şey Finlandiyaya da aiddir", - Türkiyə Prezidenti bildirib.

Ərdoğan xatırladıb ki, NATO təhlükəsizlik təşkilatıdır və terroru dəstəkləməməlidir.