Zelenski: “Rusiya öz gücünü hiss etdikcə danışıqlar masasına əyləşməyəcək”



 09:59 09.06.2022     1758

Rusiya Federasiyasının nümayəndələri güclərini hiss etdikcə müharibəni bitirmək üçün danışıqlar masası arxasına əyləşməyəcəklər.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"İki tərəf var: dünyanın birləşdiyi Ukrayna və xarici əraziləri vəhşicəsinə zəbt edən Rusiya. Biz Rusiya Federasiyasının danışıqlar masasına oturub diplomatik yolla, öldürmədən, zorakılıq etmədən bu müharibəni həll etmək istəyini görmürük. Niyə? Çünki hələ də özünü güclü hiss edir”, - Zelenski bildirib.