Ərdoğandan SƏRT AÇIQLAMA: "Qaçacaq yerin yoxdur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.
Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib:
“Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.