Ukraynaya növbəti DƏSTƏK
“Avropa İttifaqı (Aİ) Ukraynaya daha 205 milyon avro məbləğində humanitar yardım ayırır”.
Demedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.
“Böhran zamanlarında vəzifəmiz əhalinin ən həssas təbəqələrinə kömək etməkdir. Ukraynada mövcudluğumuzu əhəmiyyətli dərəcədə genişləndirərək operativ reaksiya verdik”, - humanitar yardım və böhranların idarə olunması üzrə avrokomissar Yanez Lenarçiç bildirib.
Qeyd edək ki, Y.Lenarçiç Ukraynada səfərdədir. Onun səfərinin məqsədi Ukrayna ilə Aİ arasında əlaqələrin koordinasiyası üçün humanitar təşkilatlar və ukraynalı rəsmilərlə görüşlər keçirməkdir.