“Ağlını başına yığsın” - Yunanıstana sərt xəbərdarlıq



 23:09 09.06.2022     627

“Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın”.

Demedia.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”.

“Türkiyə heç kimin haqqını və hüququnu pozmur, lakin öz haqqını və hüququnu da heç kimə verməz.

Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq”, - dövlət başçısı yazıb.

“Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə çalışmağın sonu fəlakətlə nəticələnəcək səydən başqa bir mənası yoxdur”, - Ərdoğan bildirib.

“Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”, - Türkiyə lideri vurğulayıb.