“Rusiya süni şəkildə..." - Ukrayna Prezidentinin Ofisi



 18:00 11.06.2022     407

“Rusiya qoşunları yandırıcı güllələrlə atəşə tutaraq əkin sahələrini məhv edir”.

Demedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib.

A.Yermak deyib ki, qlobal ərzaq böhranı yaradanlar Ukrayna məhsulunu da məhv etmək istəyirlər.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənlə döyüşməklə yanaşı, həm də yanğınları söndürürlər.

“Döyüşçülərimiz yanğınları söndürür. “Qida terroru”na son qoyulmalıdır. Biz müttəfiqlərimizlə ərzaq böhranının həlli yollarını müzakirə edirik”, - A.Yermak əlavə edib.