Putindən GÖZLƏNİLMƏZ QƏRAR: MDB ölkələri...
Rusiya Prezidenti Vladimir Putin ölkəsində MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.
Demedia.az xəbər verir ki, bundan sonra təqaüd sektorunda mütənasiblik prinsipi əsasında yeni ikitərəfli sazişlərin bağlanması nəzərdə tutulur.
Razılığa gələn tərəf öz qanunvericiliyinə uyğun olaraq sığorta və ya iş stajına uyğun olaraq təqaüdün müvafiq hissəsini hesablayaraq ödəyəcək.
Bundan əvvəlki saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı. Qeyd edildiyi kimi, bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.