Türk ordusunun əsgəri ŞƏHİD OLDU



 09:07 12.06.2022     557

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Bu barədə Demedia.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib.