İsrail qırıcıları vurdu - Ölkədə hava nəqliyyatı dayandı
Suriyanın paytaxtı Dəməşq hava nəqliyyatı iflic olub. İsrailin ötən gün həyata keçirdiyi hava hücumundan sonra Dəməşq Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirilə bilməz.
Demedia.az xəbər verir ki, Suriya hökuməti yeganə işləyən uçuş-enmə zolağına ciddi ziyan dəyən hava limanında təmir işlərinə başlanıldığını açıqlayıb.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları İzləmə Təşkilatı cümə günü səhər saatlarında İsrailin hava limanında İranın dəstəklədiyi milislərə məxsus 3 silah anbarını vurduğunu və hücum zamanı şimal eniş-enmə zolağı və nəzarət qülləsinin zədələndiyini açıqlayıb.
Suriya mediası hadisə nəticəsində bir nəfərin yaralandığını bildirib. Əvvəlki hücuma görə hava limanının cənub enmə zolağı bir ildir istifadə olunmur.
Suriyanın özəl hava yolu şirkəti “Cham Wings” hadisədən sonra bütün uçuşların Hələbə yönəldildiyini və sərnişinlərə iki şəhər arasında pulsuz avtobus xidmətinin göstəriləcəyini açıqlayıb.