Zelenski: "İyunda Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər"



 23:59 12.06.2022     492

İyun ayında Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.

Onun sözlərinə görə, Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır.

"Rusiya ordusu Donbasa ehtiyat qüvvələr göndərməyə çalışır. Bəs onların indi hansı ehtiyatları ola bilər? Görünür, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik zamanı toplananları döyüşə atmağa çalışacaqlar", - Ukrayna lideri bildirib.

Zelenskinin fikrincə, bu cür zərər Rusiya üçün görünməmiş olacaq.