Vanqadan qorxunc proqnozlar: yeni ölümcül virus, yadplanetlilər və...
Korluğuna görə "Kor Kahin" adlandırılan məşhur bolqar öngörücü Vanqanın proqnozları gündəmi silkələməkdə davam edir.
Demedia.az publika.az-a istinadən xəbər verir ki, Vanqanın proqnozları arasında ikinci ölümcül virusun 2022-ci ildə meydana çıxacağı yer alıb.
Təbii fəlakətlərin artması Vanqanın 2022-ci ilə dair proqnozlarının başında gəlir. 2022-ci ildə çoxlu təbii fəlakətlərin baş verəcəyini və ölümlərin artacağını təxmin edən öngörücü daha əvvəl baş vermiş bir çox təbii fəlakətləri proqnozlaşdırmışdı.
O ehtimal edib ki, 2022-ci ildə yadplanetlilər insanlarla ünsiyyət qurmağa çalışacaqlar. Onlar həyat axtarmaq üçün yerə meteoritlər göndərəcəklər.
Vanqanın ən qorxulu proqnozlarından biri də də dünyada yeni ölümcül virusun görünəcəyidir. O, 2022-ci ildə dünyanın ikinci ölümcül virusla sarsılacağını iddia edib.
Kahin 2022-ci ildə su böhranının başlayacağı və böyük dövlətlərin həll yolu tapmaq üçün hərəkətə keçəcəyini də ehtimal edib. Vanqanın 2022-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri də aclıq və quraqlıqdır...
Xüsusilə Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyi və çəyirtkə istilası nəticəsində böyük qıtlığın yaşanacağı iddia edilir.