“Qarşıdurma nüvə müharibəsinə çevriləcək, ilk hədəf də...” - Şok iddia
Rusiya-Ukrayna qarşıdurması nüvə müharibəsi ilə başa çata bilər.
Demedia.az xəbər verir ki, bunu israilli politoloq Yakov Kedmi deyib.
Ekspert Rusiya və ABŞ arasında qlobal nüvə müharibəsi riskini qiymətləndirib.
Kedminin fikrincə, ölkələr arasında münasibətlərdəki gərginliyi Vaşinqton artırıb və ABŞ-ın Ukraynadakı müharibədə artan iştirakı hərbi əməliyyatların uzanmasına və Rusiyanın Amerika ilə birbaşa toqquşmaya çevrilməsinə kömək edir.
Politoloqun iddiasına görə, bütün bunlar termonüvə zərbəsi ilə başa çata bilər.
Kedmi deyib ki, Avropa qitəsində Rusiyanın nüvə silahları üçün layiqli hədəflər yoxdur, bu səbəbdən də ABŞ hədəfə çevriləcək:
“Pentaqon Rusiya ordusu ilə döyüşməyə hazır deyil. Bəs Ağ Ev Ukrayna naminə ölkəsini riskə atmağa hazırdırmı?”