Ukraynadan PİS XƏBƏR: Ruslar bunu bacarmaq üzrədir - Ordunun müqaviməti qırılıb
Rusiya ordusu bir neçə həftəyə Luqansk bölgəsini tamamilə ələ keçirəcək.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə “Washington Post” qəzetinə açıqlama verib. O bildirib ki, Luqansk istiqamətində ruslar güclü həmlələr edir. Severdonetsk və Lisicanks şəhərlərinin rusların nəzarətinə keçəcəyi gözlənilir. Açıqlamaya görə, ruslar Donetksi də ələ keçirmək niyyətindədir. Lakin o, rusların buna nail olmayacağını ifadə edib.
Qeyd edək ki, hazırda Severdonetsk şəhərinin mərkəzində döyüşlər gedir. Ukrayna tərəfinin məlumatına görə, güclü müqavimətə baxmayaraq ruslar qismən uğur qazanıblar.