Zelenski Qərbi Ukraynanı dərhal raket əleyhinə silahlarla təmin etməyə çağırıb
Ukraynanın indi ən çox müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bu, hərbçilərə Rusiyanın Ukrayna yaşayış məntəqələrinə hücum etmək üçün istifadə etdiyi raketlərin əksəriyyətini vurmağa imkan verəcək.
Bu barədə Demedia.az Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir.
"Tərəfdaşlarımıza dönə-dönə təkrar edirik ki, Ukraynanın müasir raket əleyhinə silahlara ehtiyacı var. Bizim dövlətimiz onlara hələ kifayət qədər malik deyil, lakin Avropada belə silahlara ən çox ehtiyacı olan məhz bizim dövlətimizdir", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bəzi ölkələrin hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını gecikdirməsi heç bir bəhanə ola bilməz. Axı, Ukrayna genişmiqyaslı işğaldan çox əvvəl müvafiq silahları istəyib.
Eyni zamanda Prezident əlavə edib ki, bu həftə Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edə biləcək ölkələrin nümayəndələri ilə çoxlu danışıqlar aparıb.