Türkiyənin həmləsi Rusiyanı “parçaladı” - Moskvadan ziddiyyətli mesajlar gəlir
Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentev Türkiyənin təşkil etməyi planlaşdırdığı antiterror əməliyyatları barədə açıqlama verib.
Demedia.az Tass agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Türkiyə ordusunun Suriyanın şimalındakı mümkün əməliyyatları gərginliyi artıracaq. O iddia edib ki, bu həmlə bölgədə sabitliyi pozacaq. “Bu, ağıllı davranış olmaz” deyən səfir, Türkiyəni antiterror əməliyyatlarından çəkinməyə çağırıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, nazirliyin nümayəndəsi Mariya Zaxarovanın əksinə olaraq Türkiyənin Tel Rıfat və Mənbicdə təşkil etmək istədiyi antiterror əməliyyatları barədə mülayim mesajlar vermişdi.