Rusiyadan “Taliban”la bağlı GÖZLƏNİLMƏZ HƏMLƏ: Putin icazə verdi



 21:19 15.06.2022     1252

Rusiya Əfqanıstanda “Taliban” hökumətini tanıya bilər.

Demedia.az xəbər verir ki, Prezident Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov belə deyib. Onun sözlərinə görə, “Taliban” müvəqqəti hökumətinin ticarət naziri Moskvaya səfər edəcək. Rus nümayəndənin sözlərinə görə, Əfqanıstan bəzi məhsulların alışı üçün Rusiyaya müraciət edib və Vladimir Putin bu məhsulların satışına icazə verib:

“Əfqanıstanda “Taliban” hökumətinin tanınması ilə bağlı ABŞ və digər ölkələrin siyasəti ilə getməyəcəyik. “Taliban” hökumətinin tanınmasının şərtləri var. Bu Rusiya Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilib. Əfqanıstanda əhatəli siyasi hökumət qurulmalıdır”.