Bitkoinə yatırım edən ölkə zərərə uğradı



 22:14 15.06.2022     727

Bitkoini rəsmi ödəniş üsulu kimi qəbul edən Salvador dövləti, kriptovalyutanın ucuzlaşması ilə zərərə uğrayıb.

Demedia.az xəbər verir ki, Salvador hökuməti kriptovalyutaya yatırım etdiyi pulların yarısını itirib. Bildirilir ki, Prezident Nayib Bukelenin rəhbərliyindəki ölkə bitkoinə yatırım etməyə başlayıb. Bu məqsədlə 103 milyon dollar dəyərində 2301 bitkoin alınıb.

Kriptovalyuta ucuzlaşdığına görə, Salvador 53 milyon dollar itirib. Qeyd edək ki, 2020-ci ildən bəri bitkoin ən ucuzu qiymətə 24 min dollara düşüb.