Paşindan ŞOK AÇIQLAMA: Sülh yolundan dönsək...
Sülhün uğur qazanacağına heç kim zəmanət verə bilməz. Bizim üçün bu yol həm ölkə daxilində, həm də xaricdə təhqirlər, ittihamlar, təhdidlər, təhlükələr, itkilərlə müşayiət olunan bir yoldur, lakin bu yolla getməyə iradəmiz və qətiyyətimiz var.
Demedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hərtərəfli sülh o zaman olur ki, qonşularla bütün məsələlər həll olunsun, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilsin və de-yure sülh bərqərar olunsun:
“Geri qayıdış təkcə “Dağlıq Qarabağ”ın deyil, həm də Ermənistanın məhvinə aparır. Əlbəttə, biz buna imkan verə bilmərik. Buna görə də mən erməni xalqını sülh gündəminin, Ermənistan dövlətçiliyi və onun maraqları ətrafında birləşməyə çağırıram, çünki Ermənistandan və onun dövlət maraqlarından daha vacib və yüksək heç nə yoxdur. Eşq olsun Ermənistana! Azad və xoşbəxt Ermənistanda yaşayacaq uşaqlarımıza eşq olsun!”