Türkiyədə ŞİMŞEK dronu uğurla SINAQDAN KEÇİRİLDİ



 09:53 18.06.2022     446

Türkiyənin ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında bildirib.

Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ŞİMŞEK qarşıya qoyulan məqsədlərə uğurla nail olub.

TUSAŞ şirkəti tərəfindən hazırlanan pilotsuz təyyarə havada 45 dəqiqəyə qədər qala bilir. Maksimal uçuş məsafəsi 70 km-dir.

ŞİMŞEK pilotsuz uçuş aparatı yerli silah sistemlərini sınaqdan keçirərkən ehtimal olunan düşmən hədəfi kimi çıxış etmək də daxil olmaqla müxtəlif vəzifələr üçün nəzərdə tutulub.