Türk ordusundan növbəti UĞURLU ƏMƏLİYYAT
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın 6 silahlısını zərərsizləşdirib.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Silahlılar aprelin 18-dən İraqın üç bölgəsində davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.