Rusiyanın istəyi baş tutmadı - Ukrayna açıqladı
“Ukrayna Silahlı Qüvvələri (SQ) Xarkov istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Dəmir yol keçidləri ilə təchizat marşrutlarını bərpa etmək üçün düşmən əlavə dəmir yolu xətləri çəkməyi planlaşdırır. Rusiya hərbçiləri Kazaçya Lopan, Petrovka, Koroboçkino və Prişib yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu atəşə tutub”, - bəyanatda bildirilib.
Ukrayna Baş Qərargahı qeyd edib ki, Rusiya öz qoşunlarını Slavyansk istiqamətində hücumun aparılmasına cəmləşdirməkdə davam edir:
“Rusiya ordusu Dubrovno, Dolina, Krasnopolye, Qruşuvax, Adamovka yaşayış məntəqələri ərazilərini sistemli atəşə tutub. Onlar Krasnopolye qəsəbəsi ərazisində hücum əməliyyatlarını bərpa etməyə çalışıb, döyüşlər davam edir”.
Ukrayna Baş Qərargahı Severodonetsk uğrunda da döyüşlərin davam etdiyini vurğulayıb:
“Taktiki vəziyyəti yaxşılaşdırmaq üçün düşmən bölmələri şəhərdən kənarda hücum əməliyyatları keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər”.