Rusiyanın "humanitar dəhliz"i ilə bağlı ŞÜBHƏ
“Rusiya son iki gündə Donetsk vilayətinin dərinliklərinə daxil olmaq və Severodonetski mühasirəyə almaq məqsədi ilə İzyumun cənubuna hücum cəhdlərini bərpa edib. “Humanitar dəhlizlər” ukraynalıların işğal olunmuş ərazilərə deportasiyası üçün istifadə olunur”.
Demeida.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) tviterdə bildirib.
Vurğulanıb ki, Severodonetskdə qalan Ukrayna vətəndaşları təklif olunan dəhlizə şübhə ilə yanaşırlar.
Britaniya MN-in məlumatına əsasən, hazırda Rusiyanın təklif etdiyi marşrutla Ukrayna vətəndaşları Svatovo şəhərinə çata biləcəklər.