Putin məni bu cür alçaltdı və hədələdi - ŞOK AÇIQLAMA
Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun hələ maliyyə naziri kimi Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşü haqda danışıb.
Demedia.az xəbər verir ki, Braun “Deyli Teleqraf”a müsahibəsində Putinlə ilk dəfə 2006-cı ildə görüşdüyünü xatırladıb.
“Məni çox alçaq stulda oturtdular ki, Putinə aşağıdan yuxarı baxım. Əlbəttə, Putin kifayət qədər balacaboydur və ayağına həmişə dabanları hündür olan ayaqqabı geyinir.
Onun qarşısına mənim dosyem qoyulmuşdu və o, bu dosyeni vərəqləyərək, orda yazılanları mənə oxuyurdu – sanki haqqımda mənim özümdən çox bildiyi təəssüratını yaratmağa çalışırdı. Ona görə deyəndə ki, Putin dəyişib və daha aqressiv olub, doğru deyil, Putin elə o vaxt aqressiv idi və məni hədələmişdi”.
Braun əlavə edib ki, Putin yalnız kobud gücü başa düşür və ona hörmət edir:
“İstənilən kompromis cəhdini o, zəiflik kimi qarşılayır. Məqsədinə çatmaq üçün prinsiplərdən imtina etmək xarakterinə malikdir”.
Braunun sözlərinə görə, Qərbin Krımın anneksiyasına zəif reaksiyası Putini öz aqressiyasını davam etdirməyə həvəsləndirdi və bu, təkcə Ukraynada deyil, həm də Suriyadadır.
Qeyd edək ki, Braun 2007-2010-cu illərdə Britaniyanın baş naziri olub. Braun 2008-ci ildə başlayan iqtisadi krizisə görə vaxtından əvvəl istefa verib.
Bundan əvvəl isə o, Toni Bler hökumətində (1997-2007) maliyyə naziri vəzifəsində çalışıb.//Axar.az