NATO-dan Rusiya və Çinə qarşı həmlə: "Tərəfdaşlıq bitdi"
“Rusiya sülh və təhlükəsizliyə təhdiddir”.
Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. O bildirib ki, NATO Rusiyanı artıq tərəfdaş kimi qəbul etmir.
“Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir. Yeni strateji konsepsiyada ittifaqın təhlükəsizliyinə, maraqlarına və dəyərlərinə problem yaradan Çindən də bəhs ediləcək”.
Bahadur Seyidov