Çin yeni raket sistemini sınaqdan keçirdi
Çin ordusu orta mənzilli raketləri məhv edə bilən müdafiə sistemini uğurla sınaqdan keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket əleyhinə sistem qurudan atılan mərmilərin məhv edilməsi üçün nəzərdə tutulub. Məlumata görə, sınaq zamanı tapşırıqlar yerinə yetirilib.
Raket sistemlərinin detalları barədə açıqlama verilməyib.
Xəyalə Məmmədova