Ukraynadakı müharibə barədə QORXUNC AÇIQLAMA: "Hamı buna hazır olmalıdır"
“Ukraynadakı müharibənin nə vaxt yekunlaşacağını heç kim bilmir. Müharibənin illərlə davam edə biləcəyinə hazır olmalıyıq”.
Demedia.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, NATO Ukraynaya hərbi dəstək verməkdən geri çəkilməyəcək:
“Putin 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə Krımın işğalından sonra davrandığı kimi davam edəcəyini düşünərsə onda daha çox zərər çəkəcəyik. Ona görə də, Ukraynada Rusiya lazımı dərslər almalıdır. Ukraynaya veriləcək müasir silahlar Donbasın işğaldan azad edilməsi ehtimalını artıracaq”.
Bahadur Seyidov