Xersonda rusların müdafiə səddi yarıldı - Ukrayna ordusu əks-hücuma keçib



 17:12 20.06.2022     1245

Ukrayna ordusu rus qüvvələri Xerson vilayətindəki birinci müdafiə səddindən çıxarıblar.

Demedia.az xəbər verir ki, bu barədə Xerson vilayətinin rəsmi nümayəndəsi Sergey Xlan məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna ordusu arxa cəbhədə yerləşən anbarlara dəqiq zərbələr endirib. Novaya Kaxovkada düşmənin sursat anbarına 3 dəfə dəqiq zərbə endirilib.

O bildirib ki, Sofiyevka və Davidov Brod kəndlərində ukraynalı hərbçilər əks-həmlə əməliyyatı aparır. Hazırda düşmən ikinci və üçüncü müdafiə mövqelərində möhkəmlənməyə çalışır.

Xəyalə Məmmədova