Türkiyə vasitəçilik etdi: Tərəflər atəşkəsə razılıq verdi
Suriyanın şimalında müxalif qruplaşmalar arasında davam edən toqquşmalar Türkiyənin vasitəçiliyi ilə yekunlaşıb.
Demedia.az Röyters agentliyinə istinadən xəbər verir ki, qruplaşmalar atəşkəs elan edib. Məlumata görə, qruplaşmalar arasında fikir ayrılıqları olub. Türkiyənin vasitəçiliyi ilə tərəflər atəşkəsə razılıq verib. Tərəflər əvvəlki mövqelərinə geri çəkiliblər.
Türkiyə mənbələrinin məlumatına görə, Ankaranın Suriyanın şimalında antiterror əməliyyatlarına hazırlaşdığı bir vaxtda müxalif qruplar arasında toqquşmalara Türkiyə hökumətində narahatlıq yaradırdı.