Pakistan qarışdı: İmran Xanın tərəfdarları küçələrə axın etdi



 21:52 20.06.2022     1065

Pakistanda keçmiş Baş nazir İmran Xanın rəhbəri olduğu Təhrik-i İnsaf partiyasının tərəfdarları irimiqyaslı etiraz aksiyalarına başlayıb.

Demedia.az xəbər verir ki, nümayişlər ölkənin bir neçə şəhərində keçirilir. Nümayişçilər inflyasiyaya etiraz edib. İmran Xan aksiya iştirakçıları qarşısında videomüraciətlə çıxış edib. İmran Xan hökumətin ABŞ-ın dəstəyi ilə devrildiyini bir daha bəyan edib. O, Pakistan iqtisadiyyatının böhran içində olduğunu ifadə edib.

Qeyd edək ki, İmran Xan hökumət qarşısında parlament seçkilərinin keçirilməsi barədə tələb qoyub. O bildirib ki, tələb yerinə yetirilməsə ölkə vətəndaş müharibəsinə sürüklənəcək. Bir neçə həftə əvvəl aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə vaxt vermişdi.