Orduya təlimat verildi: “Avropada müharibəyə hazır olun”
Böyük Britaniyanın yeni Baş Qərargah rəisi Patrik Sanders vəzifəsinin icrasına başlayandan dərhal sonra diqqətçəkən bəyanat verib.
Demedia.az xəbər verir ki, o ilk açıqlamasında Ukraynadakı vəziyyətə diqqət çəkib.Sanders Britaniya ordusunu Avropada mümkün müharibəyə hazır olmağa çağırıb:
“Rusiyanın Ukraynanı işğal etməsi, Böyük Britaniyanı özünü müdafiə etmək üçün müharibəyə hazır olmağımızın vacibliyini ortaya qoyur. Müttəfiqlərimizin yanında müharibə apara biləcək və Rusiyanı məğlub edə biləcək ordu qurmaq kimi böyük bir məsuliyyətimiz var”.
Bahadur Seyidov