15 PUA, qırıcılar, raketlər... - Ukrayna ordusu İlan adasını azad etmək üçün hücuma keçdi
Ukrayna ordusu İlan adasını ələ keçirmək üçün hücuma keçib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukrayna ordusu adaya top və raket atışları həyata keçirib. Hücumda həmçinin ikisi Bayraktar TB2 PUA-sı olmaqla 15-dən çox dron olub. Adanın yaxınlığında yüksəkdən uçan ABŞ ordusuna məxsus “Global Hawk RQ-4” kəşfiyyat təyyarəsi müşahidə edilib. Məlumata görə, hücuma cəlb edilən Ukrayna təyyarələri Tuzla və Oçakov bölgələrindəki S-300 müdafiə sistemləri ilə müdafiə edilib.
Məlumata görə, Rusiya ordusu cavab atəşi nəticəsində hücumun qarşısını alıb. 13 PUA, 21 raket və digər hərbi vasitələr məhv edilib. Raketlərdən heç biri adaya çatmayıb.