Rusiyalı jurnalist Nobel Sülh mükafatını satdı - Pulu ukraynalı qaçqınlara bağışladı



 18:29 21.06.2022     272

Rusiyanın “Novaya Gazeta” nəşrinin baş redaktoru Dmitri Muradov Nobel sülh mükafatını 103,5 milyon dollara satıb.

Demedia.az xəbər verir ki, satış hərrac vasitəsilə reallaşıb. O, pulu Ukraynadan olan qaçqınların problemlərinin həll edilməsi üçün fonda bağışlayıb. Sülh mükafatının alıcısı açıqlanmayıb.

Qeyd edək ki, Dmitri Muradov Nobel Sülh mükafatına söz azadlığını müdafiə etdiyinə görə layiq görülmüşdü.

Bahadur Seyidov