Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu
Çinin iki gəmisi mübahisəli Senkaku adaları sahillərində Yaponiya ərazisinə daxil olub.
Demedia.az xəbər verir ki, bu barədə Yaponiya mənbələri məlumat yayıb. Bildirilir ki, iki Çin gəmisi bir neçə saat bölgədə üzüb. Çin gəmiləri yapon balıqçı gəmilərinə yaxınlaşıblar. Yaponiyanın xəbərdarlığından sonra çinlilər bölgədən uzaqlaşıb.
Yaponiya Sahil Mühafizə xidmətinin məlumatına görə, Çin gəmiləri bu il dəfələrlə oxşar təxribat törədib.
Bahadur Seyidov