Rusiya aviasiyası Ukraynada buna görə "məğlub oldu" - Ruslar təyyarələri havaya qaldıra bilmir



 16:12 22.06.2022     1319

Rusiya döyüş aviasiyasının Ukraynaya qarşı müharibədə tam hava üstünlüyünə nail ola bilməməsinin səbəbləri arasında “riskli üslubda” hərəkət etmək və nadir hallarda Ukrayna qoşunlarına arxadan zərbə vurmaq və pilotların hazırlanmasında “göstərişli davranma” yer alır.

Demedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı yazıb.

Qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələrinin çətinliklərinin əsas səbəbi onların quru qoşunları ilə əlaqəsinin koordinasiyalı şəkildə olmamasıdır. “Uzun illər ərzində Rusiyada döyüş hazırlığının çox hissəsi çox güman ki, sərt ssenari üzrə aparılıb. Bu hazırlıq təyyarə ekipajı arasında aktiv təşəbbüsü inkişaf etdirmək əvəzinə yüksək rütbəliləri heyran etmək məqsədi daşıyıb”,- deyə qeyd edilib.

Bu o deməkdir ki, pilotlara əsasən, riskli hərəkətlərlə yüksək vəzifə tutam məmurları heyran etmək öyrədilib. Hərbi rəhbərlik bununla sanki ölkə rəhbərliyini aldadıb. Pilotların "oyunbazlığı" ölkə rəhbərliyində heyranlıq yaratsa da, real müharibə şəraitində bu bacarıq heç nəyə yaramayıb.

Britaniya Müdafiə Nazirliyinin analitikləri yazır ki, Rusiya Hərbi-Hava Qüvvələri fevralın 24-də genişmiqyaslı müharibə başlayanda gözlənildiyindən “daha pis fəaliyyət göstərib”. Rusiya ordusunun hava gücünü planlaşdıra bilməməsi Rusiya qoşunların uğurlu olmamasının əsas səbəblərindən biridir.

Açıqlamada deyilir ki, Rusiya Federasiyasında hətta "nisbətən müasir və döyüşə hazır" döyüş təyyarələrinin güclü siyahısı ilə belə şəxsi heyətdə institusional mədəniyyəti və bir sıra bacarıqları inkişaf etdirə bilməyib. Bu da öz növbəsində “tükənməkdə olan” quru qoşunlarına və müasir qanadlı raketlərə nəzərdə tutulduğundan daha çox təzyiq göstərib.

Xatırladaq ki, iyunun 4-də Britaniya kəşfiyyatı yazırdı ki, Rusiya aviasiyası müharibəyə “ciddi təsir göstərməyib” və Donbasa keçib. İyunun 14-də Hərbi Hava Qüvvələri Rusiya aviasiyasının iki aydır ki, işğal olunmamış ərazilərə uçmadığını bildirib. / Bizimyol.info